Haqqımızda

2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin,biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur.
“AZİNKO HOLDİNQ” MMC- nin qısa bir zaman kəsiyində belə böyük uğurlara nail olması onun Azərbaycanın zəngin və qədim memarlıq, şəhərsalma ənənələrinə sadiq qalaraq müasir beynəlxalq tikinti normalarına əməl etməsi, dünyanın ən aparıcı tikinti şirkətlərinin təcrübəsindən bəhrələnməsi, eləcə də yüksək səviyyədə təşkilatlanması, ciddi nizam intizama əsaslanan çevik idarəetmə sisteminə, əsasən mükəmməl təhsil almış, böyük təcrübəyə malik, beynəlxalq standartlarla işləyə bilən, peşəkar və yüksək ixtisaslı mühəndis-texniki işçilərdən ibarət əmək kollektivinə malik olması ilə əlaqədardır.
Şirkətin işçilərinin ümumi sayı 2 min nəfərə yaxındır.
Şirkət Tbilisi prospekti 49 B ünvanında 3 girişli, 21 mərtəbəli, 161mənzilli,
1 bina; A.Abbaszadə küçəsi 17 ünvanında 3 girişli, 19 mərtəbəli, 190 mənzilli,
1 bina; Ə.Əliyev küçəsi 26 ünvanında 19 girişli, 15-21 mərtəbəli, 1222 mənzilli,
10 bina; Ü.Hacıbəyov küçəsi 57 ünvanında 10 girişli, 17-23 mərtəbəli, 464 mənzilli, 3 bina; Ə.Hüseynov küçəsi 7 ünvanında 10 girişli, 19-20 mərtəbəli, 566 mənzilli, 3 bina; H.Zərdabi prospekti 59 ünvanında 4 girişli, 23 mərtəbəli, 268 mənzilli, 2 bina sakinlərin istifadəsinə verilib. Binalarda sakinlər üçün müasir tələblərə cavab verən bütün mühəndis kommunikasiya vasitələri (beynəlxalq standartlara uyğun su və enerji təchizatı, ventilyasiya, yanğından mühafizə, isitmə, soyutma, kabel televiziyası və kanalizasiya sistemləri, “Mitsubishi” markalı yük və sərnişin liftləri və s.) qurulmuşdur.
Neftçilər prospekti, 24 ünvanında 12 mərtəbəli, ümumi sahəsi 11000 m2 olan ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş “DALĞA PLAZA” İş Mərkəzi də istismara verilib. İş mərkəzində qabaqcıl Avstriya texnologiyası və avadanlığı ilə təmin edilmiş enerji təchizatı sistemi, televiziya, telefon və internet xətləri quraşdırılıb. Bilavasitə dəniz sahilinə yaxınlığı və şəhərin mərkəzi prospektlərindən birinin üstündə yerləşməsi, ətrafda olan mövcud və tikilən digər tikililərlə arxitektura baxımından uyğunluq, 11-ci mərtəbəsində ultramüasir restoran, eləcə də daxili dizayn və interyer baxımından yenilik İş Mərkəzini analoji mərkəzlər arasında fərqləndirir və iş adamları üçün daha əlverişli və cəlbedici edir.

Şirkət tərəfindən Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə “Jumeirah Bilgah Beach Hotel” hotel kompleksi istifadəyə verilib.
5 ulduzlu Otel kompleksinə 14 ədəd kotec tipli iki mərtəbəli evlər qrupu da daxildir. Otel binası 17 mərtəbəli kaskad tipli bina olaraq, müasir memarlıq nümunəsidir. Otel kompleksinə universal kinokonsert zalı, əsas yemək zalı, restoran, diskoteka, açıq kafe, banket zalı, su hovuzu, fitnes mərkəzi, sauna və türk hamamı, yeraltı avtomobil dayanacağı, panoramlı liftlər daxildir.
Hal-hazırda S.Vurğun küçəsi 79 ünvanında 2 girişli, 25 mərtəbəli, 176 mənzilli, 2 bina olan “GRAND PARK PLAZA” yaşayış binasının və H.Əliyev prospekti 117 ünvanında 45 girişli, 10 - 12 - 16 mərtəbəli, 1161 mənzilli, 13 binalı yaşayış kompleksinin tamamlanma işləri aparılır.
Qeyd etmək istərdik ki, Şirkətimiz tərəfindən görülən bütün tikinti işləri öz xüsusi keyfiyyəti ilə fərqlənir. Əlaqədar dövlət orqanlarının apardığı çoxsaylı və çoxnövlü ekspertizalar, testlər və digər yoxlamalar tikililərin beynəlxalq tikinti norma və standartlarına tam cavab verən, seysmik davamlı material və avadanlıqlarla, eləcə də qabaqcıl tikinti metodları ilə inşa edildiyini təsdiq etmişdir.
Şirkətimiz tikinti apardığı ərazilərin ətrafında abadlıq işlərinin aparılmasına, mövcud binaların müasir üslubda təmirinə və bərpasına da xüsusi diqqət yetirir. Təmənnasız gördüyümüz bu işlərin respublikada aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə bir töhfə kimi verildiyini böyük məmnuniyyət və fərəh hissi ilə qeyd etməyi vacib sayırıq.
“AZİNKO HOLDİNQ” MMC ölkəmizin və digər dövlətlərin tanınmış, qabaqcıl iş adamları, şirkətləri ilə uzunmüddətli, qarşılıqlı faydalılıq əsasında əlaqələrin yaradılmasını, mövcud münasibətlərin daha da möhkəmləndirilməsini və dərinləşdirilməsini özünün fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir.
Hazır layihələr