“Jumeirah Bilgah Beach Hotel” Dubayın «Jumeirah Group» şirkəti idarə edəcək

 
Dubayın dünya şöhrətli lüks otel şirkəti, «Dubay Holding»in üzvü olan «Jumeirah Group» və Azərbaycanın «SAHİL AZ KO»  MTK şirkəti arasında «Venu Bilgah Hotel»in (Bilgəh qəsəbəsi, Bakı) idarə olunması haqqında müqavilə imzalayıb.
 
Xəzər dənizi sahilində yerləşəcək və yeni müasir üslubda inşa olunacaq otelin açılış mərasiminin 2011-ci ildə olacağı planlaşdırılır. Bu mehmanxana Dubay şəhərində yerləşən «Jumeirah Beach» otelinin oxşar stilini əks etdirən dalğavari şəkildə inşa edilib. Yerli memar Nazim Vəliyev tərəfindən layihələşdirilmiş bu otel dənizə görünüşlü 176 nömrədən, günboyu fəaliyyət göstərməklə yanaşı, o cümlədən axırıncı mərtəbədə fəaliyyət göstərəcək restoran və barlardan, ənənəvi türk və fin hamamları ilə təchiz olunmuş 300 kv. metrlik SPA mərkəzindən, qapalı və açıq üzgüçülük hovuzlarından və 1500 kv. metrlik konfrans mərkəzindən ibarətdir. Otel kompleksinə 14 villa da daxil olacaq. 
 
«Venu Bilgah Hotel»in idarə olunması ilə bağlı müqavilə «Jumeirah Group»un Azərbaycanda imzaladığı ilk müqavilədir. Bu saziş «Jumeirah Group»a daxil olan və idarə etdiyi müəssisələrin sayını 49-a çatdırır.
 
Xatırladaq ki, Dubayın «Jumeirah Group» şirkəti «Dubai Holding» Şirkətlər Qrupunun üzvü olaraq dünya otel və istirahət mərkəzlərinin idarəçiliyində özünəməxsus yer tutur. «Jumeirah Hotels & Resorts»un tərkibinə Dubaydakı «Burj Al Arab», «Jumeirah Beach», «Jumeirah Emirates Towers», «Madinat Jumeirah», «Jumeirah The Meydan and Jumeirah Bab Al Shams» otelləri, Londonda «Jumeirah Carlton Tower» və «Jumeirah Lowndes Hotel», eləcə də Nyu-Yorkda «Jumeirah Essex House» kimi brendlər daxildir. Bir qədər əvvəl «Jumeirah Group» müasir otellər brendi kimi tanınan «Venu» otellərinin idarəçiliyinə də başlayıb.
 
Hazır layihələr